• $
  • €
  • ₽
  • ₺
  • £

Aztəminatlı ailələrə sosial dəstəklə bağlı RƏSMİ AÇIQLAMA

Aztəminatlı ailələrə sosial dəstəklə bağlı RƏSMİ AÇIQLAMA
07.08.2020 11:35
"Sosial dəstək tədbirləri çərçivəsində 65 yaşdan yuxarı tənha və əlilliyi olan şəxslərdən ibarət 15 mindən çox vətəndaşa evlərində sosial xidmət göstərilib, 1000-dək şəxsin sosial xidmət müəssisələrində stasionar şəraitdə sosial xidmətlə təmin edilib”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında deyib.
Sahil Babayev sosial tərəfdaşların dəstəyi ilə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqları olan ailələr, çoxuşaqlı ailələr, aztəminatlı olan 100 min ailəyə iki dəfə (200 min ərzaq payı) verildiyini deyib.

Nazir xüsusi karantin dövründə əlillik və işsizlikdən sığorta ödənişinin müddəti bitənlərə müvafiq ödənişlərin, peşə hazırlığında fasilə yarananlara təqaüdlərin verilməsinin davam etdirildiyini deyib.

Bu dəstək tədbirinin 16 min şəxsi əhatə etdiyini, xüsusi karantin rejimi müddətində əlilliyi olan şəxslərə ehtiyac duyduqları minlərlə reabilitasiya vasitəsinin evlərinə aparılaraq verildiyini qeyd edib.

Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminat proqramının genişləndirildiyini deyən S.Babayev bildirib ki, yalnız son iki ili götürdükdə, 2018-ci illə müqayisədə üç dəfəyə yaxın, 2019-cu ilə nisbətən 60 faizdən çox olmaqla, bu il rekord həddə, yəni azı 1500 mənzil və fərdi ev veriləcək. Artıq onlardan 554 mənzil, o cümlədən, təkcə son 20 gündə 250 mənzil təqdim edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol