SON DƏQİQƏ!-“Azərikimya”nın zavodunda YANĞIN

Bu gün "Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun ərazisində yanğın hadisəsi baş verib.
Anews.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, hadisə istehsalat prosesi zamanı baş verməyib.
"Hazırda burada planlaşdırılmış illik texniki baxış işləri ilə əlaqədar istehsalat dayandırılıb. Zavodun modernizasiya və yenidənqurma işlərinin isə son mərhələsi həyata keçirilir. Bu çərçivədə podratçı şirkətlərin tikinti işləri zamanı qısa alışma olub və tez bir zamanda söndürülüb”,- o qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























