• $
  • €
  • ₽
  • ₺
  • £

STM Neftçaladakı vəziyyətlə bağlı ictimai rəyi araşdırıb

STM Neftçaladakı vəziyyətlə bağlı ictimai rəyi araşdırıb
07.08.2020 14:37
Sosial Tədqiqatlar Mərkəzi Neftçala rayonunda əhalinin su ilə təminat vəziyyətinə dair ictimai rəy sorğusu keçirib.

Mərkəzdən Anews.az-a verilən məlumata görə, sorğu 407 ev təsərrüfatı ilə keçirilib və Neftçala şəhəri ilə yanaşı ətraf kəndləri əhatə edib.

Sorğu iştirakçılarının 91.7%-i son aylar ərzində içməli su ilə təminatda, onlardan 45%-i həmçinin suvarma suyu ilə təminatda çətinlik çəkdiklərini bildiriblər (təkcə suvarma suyundan çətinlik çəkənlər 3.9% olub). Su təminatında heç bir çətinliklə qarşılaşmadığını cəmi 4.4% respondent bildirib. Sorğu iştirakçılarının əksəriyyəti (79.6%-i) mövcud problemlə son 3 ay ərzində qarşılaşdığını bəyan edib.

Sorğu iştirakçılarının 83.5%-i hazırda içməli suyu aidiyyəti qurumlar tərəfindən təşkil olunan xüsusi texnikalar (su daşıyan maşınlar) vasitəsilə əldə etdiklərini, 10%-i quyu suyundan faydalandığını bildirib. Digərləri bulaq suyundan istifadə edənlər və içməli suyu satın alanlardan ibarət olub. Sorğuda iştirak edənlərin 78%-i hazırkı su təminatının onları qane etdiyini (27.1% tam, 50.9% əsasən qane edir) , 22%-i isə qane etmədiyini bəyan edib (10.2% "əsasən qane etmir”, 11.8% "heç qane etmir”).

Respondentlər arasında mövcud problemin həllini yeni su kəmərlərinin çəkilməsində (56.3%-i), yeni artezian quyularının qazılmasında (21.4%-i), insanların sudan istifadə ilə bağlı vərdişlərinin dəyişdirilməsində (20.1%-i) görənlər ilk üç sırada qərarlaşıb.

Sorğu iştirakçılarının təqribən yarısının (48.9%-nin) rəyinə görə, Prezidentin su təsərrüfatındakı problemlərə həsr olunan müşavirədəki çıxışından sonra aidiyyəti qurumlar problemin həllinə diqqətlə yanaşmağa başlayıb. 10.9% respondent bu sahənin hələ də diqqətdən kənar saxlanıldığı mövqeyini bölüşüb, 40.2% respondent isə problemin sözügedən çıxışdan əvvəl də aidiyyəti qurumların diqqətində olduğunu bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol