• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı şəhəri və ətraf ərazilərdə qaz çəkilişləri davam etdirilir - VİDEO

Bakı şəhəri və ətraf ərazilərdə qaz çəkilişləri davam etdirilir - VİDEO
07.08.2020 22:30
"Azəriqaz” İstehsalat Birliyi Bakı şəhərinin, həmçinin şəhərətrafı kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış avadanlıqların yeniləri ilə əvəz edilməsi, mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin çəkilməsi, eləcə də hər bir istehlakçının mənzilinə müasir standartlara cavab verən yeni qaz sayğaclarının quraşdırılması istiqamətində işlərini davam etdirir. 

Anews.az xəbər verir ki,  bu işlərdən biri də Xəzər rayonunun Zirə qəsəbəsinin "Zirə bağları”, "Qara qışlaq” və "Dəniz kənarı” yaşayış massivlərinin qazlaşdırılmasıdır. Ümumilikdə 200 abonentin məskunlaşdığı yaşayış massivlərinin qazlaşdırılması üçün layihə üzrə ümumi uzunluğu 19 246 metr küçə qaz xətlərinin və ümumi uzunluğu 5300 metr daxili qaz xətlərinin çəkilməsi, eyni zamanda 200 ədəd qaz sayğacının və 1 ədəd ŞQTM-in (şkaf tipli qaz tənzimləyici məntəqə) quraşdırılması nəzərdə tutulur. 

Xatırlatma: Bakı şəhəri üzrə 2019-cu ildə dövlət vəsaiti hesabına 6 yeni yaşayış massivi üzrə minə yaxın fərdi yaşayış evinə qaz çəkilib. 2020-ci ildə isə 31 yeni yaşayış massivi üzrə 6 minə yaxın fərdi yaşayış evinə qaz çəkilişlərinə başlanılıb. Bu yaşayış massivlərindən 19-da işlər tamamlanıb, 12-də isə qazlaşma prosesinin ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol