• $
  • €
  • ₽
  • ₺
  • £

Ankarada Azərbaycana növbəti dəstək aksiyası keçirildi

Ankarada Azərbaycana növbəti dəstək aksiyası keçirildi
10.08.2020 14:48
Türkiyənin paytaxtı Ankara şəhərinin Ulus rayonunda Azərbaycana dəstək məqsədilə aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Anews.az xəbər verir ki, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün heykəli önündə baş tutan aksiyada Ankarada yaşayan soydaşlarımız və yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Aksiyada çıxış edənlər faşist mahiyyətli Ermənistanın törətdiyi təxribatlarla bağlı tarixi faktları sadalayıblar, erməni lobbisinin və onların havadarlarının Azərbaycana və Türkiyəyə, bütövlükdə isə Türk Dünyasına qarşı yönəlmiş işğalçı, təcavüzkar siyasətini, beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd davranışını sərt şəkildə pisləyiblər. Natiqlər dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı siyasətinə son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, Cənubi Qafqaz bölgəsində ədalətli sülhün bərqərar olması naminə qətiyyətli addımlar atılmasını tələb ediblər.

Azərbaycan və Türkiyənin dövlət bayraqlarının, Tovuz təxribatı zamanı qəhrəmanlıqla həlak olan şəhidlərimizin şəkillərinin və müxtəlif şüarların yazıldığı plakatların nümayiş olunduğu aksiyada "Cansa can, qansa qan, biz hazırıq Azərbaycan!", "Qarabağ bizimdir, Bizim olacaq!", "Xocalıya ədalət!", "Erməni işğalına son!", "Bir millət, iki dövlət!" şüarları səsləndirilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol