• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda azərbaycanlı ailəyə hücum çəkilib

Gürcüstanda azərbaycanlı ailəyə hücum çəkilib
10.08.2020 16:20
Ötən həftə Gürcüstanın ermənilərin yığcam yaşadıqları Axaltsixe bölgəsində yaşayan Mərdəliyevlər ailəsinə hücum olub.

Anews.az xəbər verir ki, bir qrup şəxs gecə saatlarında məhsəti türkləri olan Azərbaycan vətəndaşlarına məxsus avtomobilə ziyan vurublar, milli zəmində təhqiramiz ifadələr işlədiblər.

Azərbaycanın Gürcüstandakı səfirliyi məsələni diqqətə götürüb. Bu gün səfirliyin birinci katibləri Seymur İsmayıl, İmran Mustafayev və Ramel Lətifov Axaltsixedə olublar və həmin ailəyə baş çəkiblər. Görüşdə ailəni narahat edən məsələlər müzakirə olunub. Azərbaycan vətəndaşları göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.  

Azərbaycanlı ailəyə hücum faktı ilə bağlı cinayət işi açılıb. İnsidentlə bağlı artıq bir nəfərin saxlanıldığı bildirilir.

Xatırlatma: İyulun 18-də Axaltsixe şəhərində Samtsxe Cavaxeti Dövlət Universitetinin azərbaycanlı və erməni tələbələri arasında şifahi mübahisə baş verib. Hadisədən sonra 18 Azərbaycan vətəndaşı Tbilisiyə təxliyə olunub.

Hər iki insidentə səbəb Azərbaycan və Ermənistan arasında Tovuz istiqamətində baş vermiş toqquşmalar olub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol