• $
  • €
  • ₽
  • ₺
  • £

Rüşvətə görə həbs olunan prokuror Ali Məhkəməyə şikayət edib

Rüşvətə görə həbs olunan prokuror Ali Məhkəməyə şikayət edib
11.08.2020 10:28
İsmayıllı rayonunun rüşvət almada təqsirli bilinən sabiq prokuroru Ülvi Abbasov kassasiya şikayəti verib.

Anews.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun sədrlik etdiyi kollegiyanın icraatındadır.

Bildirili ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ülvi Quliyev və onun böyük köməkçisi Faiq Quliyev Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirli biliniblər.

Ü.Abbasova 9 il, F.Quliyevə isə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə Ü.Abbasova şərti cəza verilərək azadlığa buraxılıb, F.Quliyevin cəzası isə 6 ilə endirilib.

Qeyd edilir ki, İsmayıllı rayon prokurorunun böyük köməkçisi F.Quliyev 2018-ci ilin iyulun 14-də həbs olunub. O, xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar "İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə külli miqdarda pul vəsaitini rüşvət kimi alıb. O, İsmayıllı rayon prokurorluğunun inzibati binasında rüşvəti A.Əliyevdən şəxsən alan zaman iş başında yaxalanıb. F.Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və barəsində həbs-qətmikan tədbiri seçilib. 

Daha sonra rayonun prokuroru Ü.Abbasov da həbs olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol