• $
  • €
  • ₽
  • ₺
  • £

İçkili halda çimmək istəyənlərə XƏBƏRDARLIQ!

İçkili halda çimmək istəyənlərə XƏBƏRDARLIQ!
11.08.2020 15:23
Bakı Şəhər və paytaxt rayonları İcra Hakimiyyətiləri və struktur bölmələri tərəfindən aidiyyatı qurumlarla birlikdə çimərliklərdə karantin qaydaları tələblərinə uyğun vətəndaşların istirahəti üçün lazimi şərait yaradılıb, çimərliklərdə təmizliyin qorunması, tullantıların daşınması üçün bütün əlavə tədbirlər görülür.

Anews.az-a daxil olan məlumata görə, çimərliklərdəki mövcud vəziyyətə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti və aidiyyatı qurumların nümayəndələri gündəlik reydlər keçirir və maarifləndirmə işləri aparırlar. Reydlər nəticəsində aşkar edilmiş çatışmamazlıqlarla bağlı müvafiq tədbirlər görülür.

Belə ki, ictimai çimərliklərdə spirtli içkilərin satışı və gətirilməsinin qadağan edilməsinə baxmayaraq reyd zamanı vətəndaşlardan 5 nəfərin özləri ilə çimərliyə spirtli içki gətirərək içdikləri aşkarlanmış, onlara buna yol verilməməsi və içkili şəkildə dənizdə çimməyin qadağan edilməsi ilə bağlı xəbərdarlıq edilib.
Həmçinin "Şıx” çimərlik zonasındakı özəl çimərliklərin birində vətəndaş Həsrət Cəfərov tərəfindən məişət və digər tullantıları həm dənizə həm də çimərlik ərazisinə atıldığı müəyyən edilmiş və o, DİN əməkdaşları tərəfindən akt tərtib edilərək İXM-nin müvafiq maddəsinə əsasən cərimə edilib.

Bakı Şəhər İcra Hakimiyyəti və DİN əməkdaşları tərəfindən çimərliklərin cavabheh şəxsləri ilə söhbətlər aparılmış, onlara bildirilmişdir ki, vətəndaşların sağlamlığı və təhlükəsizliyi məsələləri hər zaman ön planda olmalıdır. Buna görə də karantin şəraitinin pozulması və antisanitariya vəziyyətinə yol verilən çimərliklər barədə ən ciddi ölçü götürüləcək.

Bir daha vətəndaşlarımızı çimərlikdə olduqları zaman mövcud qaydalara və təmizliyə riayət etməyə çağırırıq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol