• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanı hədələyən erməni general-leytenant Qarabağa gəldi

Azərbaycanı hədələyən erməni general-leytenant Qarabağa gəldi
11.08.2020 18:22
Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Onik Qasparyan işğal olunan Azərbaycan torpağına gəlib.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.
Mənbə bildirir ki, o, Qarabağda qondarma qurumun "prezidenti” Araik Arutyunyan və "müdafiə naziri” Cəlal Arutyunyanla görüşüb.
Qeyd edək ki, İrəvandan gələn general ötən ayın 25-də Azərbaycan-Ermənistan sərhədindəki insidentə münasibət bildirərərkən Azərbaycanı hədələmişdi.
Onun dediklərini olduğu kimi sizə təqdim edirik və istəyirik ki, hər bir azərbaycanlı bu yalançı generalların hədələrini unutmasın:
"Biz vuruşmalıyıq və qazanmalıyıq, çünki vətən zəif olanların göz yaşları və qorxuları üzündən məhv olur … Və daim çox sayda düşmənə qarşı mübarizə aparmağı bacaran əsl döyüşçülərin qanı damarlarımızda axır. Sərdarapat, Baş-Aparan və Qarakilsə bölgələrində, Qarabağda və Şuşada baş verən qəhrəmanlıq döyüşləri yuxarıdakılara əyani sübutdur.
Biz əcdadlarımızın müqəddəs torpağını və şərəfimizi müdafiə edirik. Biz yalnız qələbəyə məhkumuq!”.
Haşiyə: İndi baxın, ermənilərin sıravisindən ta generalınadək hamısı Qarabağı özününkü və tarixi torpağı hesab edir və ancaq unudurlar ki, onlar bu yerlərə Çar Rusiyasının köməkliyi ilə 1828-ci ildən sonra köçürülüblər və bu torpaqlarda məskunlaşan türkləri zaman-zaman sıxışdırıb çıxarıblar. 1994-ci ilədək isə nəinki Qarabağ, ətraf 5 rayon da ermənilərin nəzarətinə keçib.
Azərbaycanın isə erməni generallarının belə bəyanatlarına yeganə cavabı o torpaqları geri almağı ola bilər. Qoy ondan sonra banlaya-banlaya, hürə-hürə "əcdadlarımızın müqəddəs torpağı” sözünü təkrarlasınlar.
Və son söz. Başqasının torpağını işğal edən və şərəfdən pafoslu danışan ermənilər qoy unutmasın ki, Azərbaycan o dövrün Azərbaycanı deyil, heç Türkiyə də dünyada bir çox qolobal güclərə baş əyən bir məmləkət sayılmır. Nəticəni vaxtında çıxartmaq yerinə düşər. O zaman deməyin ki, bunu demədik…

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol