• $
  • €
  • ₽
  • ₺
  • £

Polisə "avtoş" göstərişi

Polisə "avtoş" göstərişi
04.07.2014 17:33
Bir neçə gün öncə "KamAZ" markalı yük avtomobilinin sürücüsünün Bakıda təhlükəli əməllərindən sonra paytaxt polisinə avtoxuliqanlara qarşı güzəşt edilməməsi barədə göstəriş verilib.Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə deyib ki, paytaxt yollarında təhlükəsizliyin təmin edilməsi istiqamətində yol polisi tərəfindən davam etdirilən tədbirlər zamanı 2 gün öncə avtoxuliqanlığa görə saxlanılan daha iki nəfər məhkəmənin qərarı ilə həbs edilib.Bölmə rəisinin sözlərinə görə, bunlar Bakı sakinləri - Əhmədov Şamxal Rasim oğlu və Hacıyev Cavid Namiq oğludur: "1983-cü il təvəllüdlü Əhmədov Şamxal Rasim oğlu "Moskviç" markalı avtomobilə məxsus "10 FB 051" dövlət nömrə nişanını "Toyota Prado" markalı avtomobilin nömrə yerinə quraşdırıb və idarə etdiyi ciplə açıq-aşkar avtoxuliqanlıq hərəkətləri törədib. O, etdiyi hərəkətlərlə ətrafdakıların həyatına real təhlükə yaradıb, üstəlik, yol polisin saxlama əmrinə əhəmiyyət verməyərək tabesizlik göstərib. Ona görə də məhkəmənin qərarı ilə 20 sutka həbs olunub. Digər şəxs "90 UG 494" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Hacıyev Cavid Namiq oğlu isə polisin əmrinə tabe olmayaraq ona müqavimət göstərib. Bu səbəbdən də məhkəmənin qərarı ilə 5 sutka həbs olunub".V.Əsədovun sözlərinə görə, kimliyindən asılı olmayaraq, avtoxuliqanlığa və digər qanunsuzluğa yol verən istənilən şəxs saxlanılacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq cəzalandırılacaq.Qeyd edək ki, iyunun 29-da "KamAZ" markalı yük avtomobilinin sürücüsü Fətullayev Elbrus Ağayar oğlu Bakıda yol polisi əməkdaşlarının əmrinə aşkarcasına tabe olmamaqla yanaşı, onların həyatlarına da ciddi təhlükə yaradıb, bu azmış kimi, bilərəkdən avtobusla toqquşaraq qəza da törədib. O, ilkin mərhələdə məhkəmənin qərarı ilə 30 sutka həbs edilib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol