• $
  • €
  • ₽
  • ₺
  • £

İsmayıllıda baş verən qətlin təfərrüatları açıqlandı

İsmayıllıda baş verən qətlin təfərrüatları açıqlandı
04.07.2014 17:17
Baş Prokurorluq İsmayıllı rayonunda 81 yaşlı qadının qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb.Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 2-də saat 07 radələrində İsmayıllı şəhər sakini, 1933-cü il təvəllüdlü Talıbova Rəbiyyə Qasım qızının üzərində zorakılıq əlamətləri olan meyitinin İsmayıllı şəhəri, Q.Aslanov küçəsində tapılması barədə rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.Faktla bağlı həmin tarixdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.Rayon Prokurorluğu və Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı rayon sakini Cəbiyev Elbrus Samir oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.İstintaqla müəyyən olunub ki, iyulun 1-də, saat 17 radələrində Elbrus Cəbiyev əvvəllər kirayədə qaldığı İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, 31A saylı evin həyətində sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zəminində keçmiş qonşusu Rəbiyyə Talıbovaya küt alətlə xəsarətlər yetirərək onu qəsdən öldürüb. Bundan sonra E.Cəbiyev R.Talıbovanın meyitini həmin evin döşəməsinin altında gizlədib, saat 04 radələrində isə meyiti evdən çıxarıb yolun kənarına atıb.E.Cəbiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.Hazırda cinayət işi üzrə istintaq davam etdirilirANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol