• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident qanun imzalayıb

Prezident qanun imzalayıb
12.08.2020 18:06
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunu imzalayıb.

Anews.az xəbər verir ki, sənədə əsasən Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 124 000,0 min manat, xərcləri 27 492 200,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23 359 465,0 min manat, yerli gəlirləri 764 535,0 min manat, mərkəzləşdirilmiş xərcləri 26 677 330,0 min manat, yerli xərcləri 814 870,0 min manat) məbləğində təsdiq edilib:

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulub:

1.2. 3-cü maddə üzrə:

1.2.1. 3.1-ci maddədə "322 000,0” rəqəmləri "300 000,0” rəqəmləri ilə əvəz edilsin;
1.2.2.   3.1.2-ci maddədə "7 000,0” rəqəmləri "5 000,0” rəqəmləri ilə əvəz edilsin;
1.2.3. 3.1.4-cü maddədə "90 400,0” rəqəmləri "92 400,0” rəqəmləri ilə əvəz edilsin;
1.2.4.  3.1.7-ci maddə ləğv edilsin;

1.3.  7-ci, 9-cu və 11-ci maddələr aşağıdakı redaksiyada verilsin:

"Maddə 7. Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:

"Maddə 9. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 7.190.000.000,0  manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ 112.600.000,0 manat, yerli xərclər 814.870.000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 6.312.865.000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 50.335.000,0 manat məbləğində təsdiq edilsin.
                                  (manatla)

"Maddə 11. Azərbaycan Respublikasının 2020-ci ildə dövlət daxili və xarici borclarına xidmətlərlə bağlı xərclərin yuxarı hədləri aşağıdakı kimi təsdiq edilsin:
 (manatla)
 
1.4. 14-cü maddədə"2 760 200,0” rəqəmləri "3 368 200,0” rəqəmləri ilə  əvəz edilsin;
1.5. 15-ci maddədə "29 488 124,0” rəqəmləri "30 308 342,2” rəqəmləri ilə əvəz edilsin;
1.6. 16-cı maddədə "14 320 200,0” rəqəmləri "15 778 200,0” rəqəmləri ilə əvəz edilsin.

 Maddə 2. "Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-1-ci maddəsində nəzərdə tutulan büdcə qaydasının tətbiqi 2022-ci ilin yanvarın 1-dək dayandırılır.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol