• $
  • €
  • ₽
  • ₺
  • £

Hansı deputatlarımız namaz qılır? - SİYAHI

Hansı deputatlarımız namaz qılır? - SİYAHI
04.07.2014 15:48

Azərbaycanda dinimizin şərtlərinə əməl edib Allaha ibadət edənlər arasında təkcə adi vətəndaşlar deyil, millət vəkilləri, tanınmış şəxslər, yüksək vəzifəli məmurlara rast gəlmək mümkündür. 

Bir neçə gün öncə millət vəkili İqbal Ağazadənin Türkiyənin Sultaniyə məscidində namaz qılarkən görüntülənməsi də mətbuatın diqqətindən yayınmadı. Hər kəs İqbal Ağazadənin namaza yenicə başladığını zənn etdiyi halda, deputat saytımıza verdiyi açıqlamasında düz 10 ildir ki, ibadət etdiyini diqqətə çatdırdı. 

İ.Ağazadə kimi onun bir neçə həmkarı da Allaha ibadət edir.

Millət vəkili Fazil Mustafanın namaz əhli olması hər kəsə məlumdur. O neçə illərdir ibadətlə məşğuldur. Deputat 1993-cü ildən oruc tutur, namaz qılır. Tez-tez cümə namazlarında camaatla birgə namaz qılır. 

Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri Şeyx Allahşükür Paşazadənin qardası, deputat Cavanşir Paşazadə namaz qılan deputatlar sırasındadır. 

Mətbuatda şeyxin qudası kimi tanınanq millət vəkili Qalib Salahzadə də adlarını çəkdiyimiz həmkarları kimi ibadətlə məşğuldur. O, müqəddəs Həcc ziyarətində olub. Bununla yanaşı bir neçə dəfə imkansız insanları öz hesabına Həcc ziyarətində göndərib.

Milli Məclisin İsmayıllıdan seçilən deputatı Novruz Aslan, Binəqədinin millət vəkili Hacı Madər Musayev İslam dininin şərtlərini unutmayan deputatlardandır. Onlar namaz qılır, hər il oruc tuturlar.

Xanım millət vəkilləri arasında Qənirə Paşayeva və Məlahət İbrahimqızının namaz qıldığı deyilir.

Tanınmış jurnalist, həm də deputat olan Etibar Hüseynov namaz qılaraq Allaha ibadət edir. O, bir neçə dəfə Həcc ziyarətində olub.

Qeyd edək ki, tanınan isimlərdən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası, deputat Fəttah Heydərovun və digər bir neçə şəxsin adı da ibadət edənlər siyahısında çəkilir.

Azvision.az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol