Bu gün II və III qrup üzrə qəbul imtahanı olacaq

Bu gün DİM tərəfindən II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilir.
Anews.az xəbər verir ki, imtahanlar respublikanın 16 şəhər və rayonunda təşkil olunur
İmtahanlarda 19197 abituriyentin iştirakı nəzərdə tutulur.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
İmtahanlar saat 11:00-da başlanır və 3 saat davam edir.
İmtahanların başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























