Marketə hücum edib qonşusunu öldürən gəncin istintaqı ilə bağlı YENİLİK

Bakıda qətl törətməkdə təqsirləndirilən İsmayıl Ağasənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Anews.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Əlövsət Abasovun sədrlik etdiyi kollegiyanın icraatındadır.
Qeyd edilib ki, hadisə fevralın 9-na keçən gecə Xətai rayonunun Zığ yolu 22 ünvanında yerləşən marketdə baş verib.
1996-cı il təvəllüdlü Ağasənov İsmail Nizami oğlu marketdə satıcı işləyən qonşusu, 1958-ci il təvəllüdlü Əliyev Bəxtiyar Yusif oğlunu bıçaqlayıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, İsmail Ağasənov pul əldə etmək üçün gecə saatlarında bıçaq götürərək Bəxtiyar Əliyevin satıcı işlədiyi marketə basqın edib. O, özündən 38 yaş böyük şəxsə bıçaqla ağır zərbə endirib. Yaralı daha sonra hadisə yerinə gələn şəxslərin köməkliyi ilə Sabunçudakı 3 saylı şəhər xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























