• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda daha bir avtobus biabırçılığı - FOTO

Bakıda daha bir avtobus biabırçılığı - FOTO
04.07.2014 13:38
Bakıda sərnişin avotubusun sürücüləri bəzən maşın nasaz ola-ola avtomobili idarə edirlər. Bu barədə oxucular ANS PRESS-in "qaynar xətti"nə şikayətlərində bildiriblər. Şikayətlərdən biri 60 saylı sərnişin avtobusunun sürücüsündən gəlib. Şikayətçi bildirib ki, iyul ayının 2-də “Əhmədli” metrostansiyası yaxınlığında 60 saylı, 10 TE 198 nömrə nişanlı avtobusa minib. Bu zaman sürücü avtobusda olan digər həmkarı ilə söhbəti zamanı bildirib ki, idarə etdiyi avtobusun əyləc sistemində problem var. O, qeyd edib ki, hazırda avtobusun əyləci tutmur. Ona görə də, çalışıb axırıncı dayanacağa gedəcək. Daha sonra xəttə çıxmayacaq.Qeyd edək ki, həmin vaxt avtobusda çoxlu sərnişin olub. Avtobus yolboyu az sürətlə hərəkət edib. Sürücü bacardığı qədər ehtiyatlı sürüb ki, qəza baş verməsin.Əslində isə avtomobili nasaz vəziyyətdə idarəetmək qanunla qadağandır. Bu sərnişin avtobus olsa, bu böyük faciəyə səbəb ola bilər. Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov ANS PRESS-ə bildirib ki, əslində heç bir minik vasitəsini texniki nasaz vəziyyətdə idarə etmək olmaz.Nəqliyyat Nazirliyi də bu baxımdan mütəmadi olaraq reydlrə keçirir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, belə hadisə aşkarlandıqda sürücü və avtobusun sahibkarı cərimələnir.Problemlə əlaqədar 60 saylı avtobusun sahibkarı Mürşüd Mirzəyevlə əlaqə saxladıq. Onun ANS PRESS-ə verdiyi məlumata görə, heç vaxt onların nəzarətində olan avtobuslar nasaz vəziyyətdə işləmir. Çünki bu birbaşa sahibkara ziyandır.“Avtobusları kreditlə alırıq. Hansı sahibkar istər ki, maşında problem olsun. Allah eləməsin hansısa qəza olsa, bu həm də sahibkara ziyandır. Bütün sürücülərə tapşırmışıq ki, avtobusda qəza olarsa, dərhal xəbər versinlər. Harda olmalarına baxmayaraq, sərnişinləri dərhal boşaltsınlar. Maşını yerindən tərpətməsinlər. Sonradan deyilən ünvana usta göndəririk və nasazlıq aradan qaldırılır”, - deyə Mürşüd Mirzəyev vurğulayıb.Mürşüd Mirzəyev bildirdi ki, bu məsələni araşdıracaq. Əgər həqiqətən də belə bir şey olubsa, sürücü mütləq cəzalanacaq.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol