• $
  • €
  • ₽
  • ₺
  • £

DTX-nin saxladığı Eldar Həsənov kimdir? - DOSYE

DTX-nin saxladığı Eldar Həsənov kimdir? - DOSYE
14.08.2020 00:43
 Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Maliyyə yoxlamaları zamanı onun tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. 

"Qafqazinfo" bu məqamda Həsənov Eldar Hümbət oğlunun dosyesini təqdim edir.

Eldar Həsənov 1955-ci il 10 oktyabr tarixində Kəlbəcərin Laçın kəndində anadan olub.

O, 1977-1990-cı illərdə cinayət axtarışı işləri üzrə baş inspektor işləyib. 1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib. 1990-1992–ci illərdə Gəncə şəhəri Polis İdarəsinin rəisi, 1992-1993-cü illərdə Azərbaycanda İnterpolun Milli Bürosunun rəhbəri işləyib.

1993-cü ildə Daxili İşlər nazirinin birinci müavini, 1993-1995-ci ilərdə Baş prokurorun  birinci müavini, 1995-2000 –ci illərdə isə Baş prokuror olub.

2001-ci ilin iyul ayında Azərbaycanın Ruminyadakı fövqaladə və səlahiyyətli səfiri postuna təyin olunub. 2010-cu ildə martın 25-də Azərbaycanın Serbiyadakı fövqaladə və səlahiyyətli səfiri, 2011-ci il 27 yanvarda Azərbaycanın Bosniya və Hersoqovinadakı fövqaladə və səlahiyyətli səfiri postları da Eldar Həsənova həvalə olunub. Bundan başqa o, eyni zamanda Azərbaycanın Monteneqrodakı səfiri postunu da tutub.

Eldar Həsənov General-leytenant, professor, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviridir.

Ailəlidir, 3 övladı var.

Qeyd edək ki, bir müddət əvvəl Eldar Həsənovun qardaşı Ələkbər Həsənovun ölkədən qaçdığına dair mətbuatda xəbərlər yayılmışdı. Onun adı özünü DTX polkovniki, general kimi təqdim edərək, baş həkimdən və digər şəxslərdən külli miqdarda pul alan dəstənin məhkəmə işində keçirdi. Ələkbər Həsənov əvvəllər Daxili İşlər Nazirliyinin Narkobiznes İdarəsində işləyib. Sonuncu iş yeri isə Vergilər Nazirliyinin Audit Departamentində olub. Onun barəsində mətbuatda xeyli sayda qalmaqallı məlumatlar dərc edilib.





www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol