• $
  • €
  • ₽
  • ₺
  • £

“Yüksək Texnologiyalar Parkı”na TƏYİNAT- O şəxs direktor oldu

“Yüksək Texnologiyalar Parkı”na TƏYİNAT- O şəxs  direktor oldu
14.08.2020 10:58
AMEA Rəyasət Heyətinin qərarı ilə Əməkdar mühəndis Vasif Bilal oğlu Abbasov AMEA "Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin edilib. AMEA Yüksək Texnologiyalar Parkında (YTP) keçirilən tədbirdə Vasif Abbasov kollektivə təqdim olunub. 


Anews.az bildirir ki, tədbiri giriş nitqi ilə açan AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri professor Elton Məmmədov V. Abbasovu kollektivə təqdim edərək onun şəxsi keyfiyyətləri, idarəçilik təcrübəsindən bəhs edib. O, Vasif Abbasovun öz zəngin idarəçilik təcrübəsi ilə YT Parkın fəaliyyətinin genişləndirilməsinə nail olacağına, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə, qurumun inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Həmçinin, E. Məmmədov YT Parkın fəaliyyətinin Elmlər Akademiyası üçün əsas prioritet istiqamətlərdən birini təşkil etdiyini vurğulayaraq, son zamanlar YT Parkda əhəmiyyətli işlərin icra olunduğunu bildirib.

Tədbirdə çıxış edən Vasif Abbasov yeni vəzifəyə təyinatına görə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevə və Elmlər Akademiyasının Rəyasət Heyətinə minnətdarlığını bildirib, Parka rəhbərlik edəcəyi dövrdə ona göstərilən etimadı doğruldacağını, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. O, AMEA Yüksək Texnologiyalar Parkının innovativ layihələri həyata keçirən bir qurum kimi dövlətin bu istiqamətdə siyasətinə dəstək verəcəyini, elmi nəticələrin tətbiqi əsasında rəqabətqabiliyyətli məhsulların istehsalını və dünya bazarına çıxarılmasını əsas hədəf kimi qarşıya qoyan YT Parkda Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Qeyd edilib ki, indiyədək "Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru postunu Əli Abbasov tuturdu.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol