• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda unikal yenilik

Azərbaycanda unikal yenilik
04.07.2014 12:33
Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı regionlarda yardım masaları fəaliyyətə başladı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Nazirlik tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərə metodiki kömək göstərilməsini təmin etmək məqsədilə Dövlət Əmək Müfəttişliyi Xidmətinin bütün regional müfəttişliklərində yardım masaları fəaliyyətə başlayıb.Yardım masalarında Dövlət Əmək Müfəttişliyi Xidmətinin müfəttişləri tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərə iş günü ərzində metodiki kömək göstəriləcək. Dövlət Əmək Müfəttişliklərində təşkil edilmiş yardım masaları Əmək müqaviləsi bildirişi üzrə məlumatların elektron informasiya sisteminə daxil edilməsi prosesi başa çatdırılana kimi fəaliyyətdə olacaq. Eyni zamanda əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı işəgötürənlərə metodiki kömək 142 “Qaynar xətt”i vasitəsilə də göstəriləcək.Qeyd edək ki, “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydalar, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə üzrə metodiki göstərişlər Nazirliyin rəsmi internet saytında (www.eesmn.gov.az, www.mlspp.gov.az) yerləşdirilib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol