• $
  • €
  • ₽
  • ₺
  • £

Şahbaz Xuduoğlunun polislə bağlı videosuna DİN cavab verdi

Şahbaz Xuduoğlunun polislə bağlı videosuna DİN cavab verdi
14.08.2020 15:13
"Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Çevik Polis Alayı əməkdaşlarının qapalı məkanlarda tibbi maskadan istifadə olunub-olunmamasına nəzarət üçün mətbəəyə girməsinə və çəkiliş aparmalarına etiraz edib. O, bununla bağlı həmin polis əməkdaşları ilə söhbətini videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb. 

Anews.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo”ya açıqlamasında deyib.

Bildirilir ki, mətbəədə yoxlanış zamanı polis əməkdaşları qanunvericiliyin tələblərinə tam formada əməl ediblər:

"Polis əməkdaşları xidməti vəzifəsini yerinə yetirib. Fərqi yoxdur, nəşriyyat olsun ya mağaza olsun, nəzarət qaydasında baxış keçirirlər ki, insanlar ictimai qapalı məkanda karantin qaydalarına əməl edirlər, ya yox. Bina şəxsi mülk olsa da, ora iş yeri, ictimai yerdir. Orada bəlkə də 50 nəfər işləyir. Polis əməkdaşları da çəkilişi sübut üçün ediblər ki, sonra həmin şəxslər etiraz edərək "maska taxmışdım, polis qanunsuz protokol tərtib edib” deyə bilərlər. Bu zaman sübut kimi videolar təqdim oluna bilər”.
E.Zahidov polis əməkdaşlarından birinin maska taxmamasının görüntülənməsinə belə münasibət bildirib: "Bir polis əməkdaşı qara, digər ağ maska taxıb. Videonun əvvəlində görülən görüntüdə isə polis əməkdaşı söhbət edən zamanı sosial məsafəni qoruyaraq maskanı çıxarıb, sözünü deyir, sonra yenə maska taxır”.  

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol