Operativ Qərargah barədə video hazırlayan blogerə prezidentin köməkçisi təşəkkür etdi

"Media sahəsində, AZTV, iTV və digər sahədə çalışan jurnalistlər də öz həyatlarını itiriblər. Allahdan onlara rəhmət diləyirəm”, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, koronavirus pandemiyası başlanandan bu günə qədər Azərbaycan jurnalistikası ön cəbhədədir.
"Bundan başqa, sosial şəbəkələrdə dublyaj xarakterli filmlər çəkilir. Bəzən satirik filmlər də olur. Biz bunu da normal qəbul edirik. Ərtoğrul adı ilə sosial şəbəkələrdə çıxış edən bir nəfər var.
Onun fəaliyyətini, həqiqətən də, çox yüksək qiymətləndiririk. Satira Azərbaycan xalqının mədəniyyətində ən vacib özəlliklərdən biridir. Belə insanlara Operativ Qərargahın fəaliyyətinə göstərdikləri diqqətə görə minnətdarlığımızı bildiririk.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























