Kürdəmirdə qoyun oğruları tutulub

Kürdəmir rayonunda silsilə oğurluq edən şəxslər tutulub.
Bununla bağlı Kürdəmir və Qəbələ Rayon Polis Şöbələri, eləcə də Baş Dövlət Yol Polisinin 7-ci tağımının əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluq cinayətlərini əvvəllər analoji əməllərə görə məhkum olunmuş Bərdə rayon sakini, 47 yaşlı Sadıqov Həmid Kazım oğlu və Ağdam rayon sakini, 52 yaşlı Nəsirov Nemət Həsən oğlu olduğu müəyyən edilib. Hər ikisi şübhəli şəxs qismində saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə gətirilib.
İlkin dindirmə zamanı onlar etdikləri cinayət əməlini etiraf ediblər. Həmçinin araşdırma zamanı Həmid Sadıqov və Nemət Nəsirovun Qəbələ və İmişli rayonlarında da analoji cinayət əməllərini törətmələri rayon polis şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























