Koronavirusun daha yoluxucu forması məlum olub

Koronavirusun mutasiya edərək daha yoluxucu olan yeni G614 forması Filipinlərin ən böyük şəhəri Qezon sitidə aşkar edilib.
Anews.az xarici KIV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə katibinin köməkçisi Maria Rosario Vergeire mətbuata bildirib.
Filippin Genom Mərkəzinin avqust ayı bülleteninə görə, G614 şəhərdə təsadüfən tapılan 9 nümunədə aşkarlanıb.
M.R.Vergeirenin sözlərinə görə, bunun miqyası epidemiya qənaətinə gəlmək üçün çox kiçikdir: "Bizə daha çox dəlil lazımdır. Mərkəzləşdirilən araşdırmalar Quezon sitiyə cəmləşdirilib. Bu, ölkənin qalan hissəsi üçün səciyyəvi ola bilməz”.
O, G614-ün ilkin olan D614-dən daha yoluxucu olduğuna dair dürüst məlumat olmadığını söyləsə də, "Cell” dərgisində dərc olunmuş dünya tədqiqatlarına görə, mutasiya olunmuş virusun daha yoluxucu olduğu göstərilir. Tədqiqatçılar araşdırılan ölkə və regionlarda G614-ün artıq daha yayğın olduğunu, onun hətta D614-ü əvəzləməsi ehtimalını da irəli sürüblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























