Gürcüstanda COVID-19-a yoluxanların sayı 10 nəfər artdı

Gürcüstanda daha 10 nəfərdə koronavirus aşkarlanıb.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19 diaqnozu qoyulan şəxslərin sayı 1 351-ə çatıb. Onların 1 092-si sağalıb, 17-si isə vəfat edib.
Hazırda Gürcüstan üzrə karantin zonalarında 7 597, stasionar nəzarətdə isə 249 nəfər saxlanılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























