Azərbaycanda nə qədər ruhi xəstə var? - Statistika

“Hazırda Azərbaycanda 12 psixiatriya və ruhi-əsəb dispanseri fəaliyyət göstərir. Təkcə Bakıda 3 nömrəli xəstəxananın nəzdində ruhi-əsəb və psixiatriya şöbəsi var”.
Bunu Modern.az-a Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. “12 dispanser və xəstəxanadan 3 dispanser paytaxtda, digərləri isə Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Salyan, Qazax, Quba və Şəkidə xidmət göstərir”.
A. Qədirlinin sözlərinə görə, bu dispanserlərdə müalicə və müayinə pulsuzdur.
Qeyd edək ki, Azərbaycandakı müalicə-profilaktika müəssisələrində qeydiyyata düşən psixi xəstə diaqnozu qoyulmuş xəstələrin sayı 2012-ci ildə 121.139 nəfər olubsa, 2013-cü ildə 2.995 nəfər artaraq 124.134 nəfər təşkil edib. 2013-cü ildə müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı, əhalinin hər 100 min nəfərinə isə 1326,6 nəfər düşüb.
Ümumən ölkədə ilk dəfə ruhi xəstə diaqnozu qoyulmuş xəstələrin statistikasına əsasən, əhalinin hər 100 min nəfərinə 52,7 psixi xəstə düşür.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























