• $
  • €
  • ₽
  • ₺
  • £

“Bandotdel” əməliyyat keçirdi, saxlanılanlar var - VİDEO

“Bandotdel” əməliyyat keçirdi, saxlanılanlar var - VİDEO
18.08.2020 12:05
Narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsi ilə məşğul olan dəstə üzvlərinə qarşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri həyata keçirilib.

Anews.az DİN-ə istinadən xəbər verir ki, Baş İdarəyə Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən bağ sahələrindən birində külli miqdarda narkotik tərkibli çətənə kollarının əkildiyi bardə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb və cinayətkar dəstəyə daxil olan şəxslərin əhatə dairəsi müəyyənləşdirilib. Toplanan çoxsaylı sübutlar və təkzibedilməz faktlar əsasında həmin bağ evində yerləşən istixanada pomidor yetişdirilməsi adı altında çətənə kollarının əkildiyi müəyyən olunub. 

Baş İdarə əməkdaşları tərəfindən həmin ünvanda keçirilən əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Bakı şəhəri Sabunçu rayon sakinləri Çingiz Talıbzadə və Samir Mirzəyev iş başındaca, yəni çətənə kollarına qulluq edən zaman saxlanılıblar. Onların icarə əsasında götürdükləri Novxanı qəsəbəsindəki istixanaya baxış zamanı ümumi çəkisi  970 kiloqram olan 1813 ədəd narkotik tərkibli çətənə bitkisi və 105 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadələrində narkotik tərkibli bitkiləri satmaq  məqsədi ilə əkdiklərini bildiriblər.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Çingiz Talıbzadə və Samir Mirzəyev təqsirləndirilən şəxs qismində istiintaqa cəlb olunublar. Onların cinayət əlaqələrinin müəyyən edilməsi və istintaqa cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol