Kriminal aləmin 100-ə yaxın nümayəndəsi bu restoranda saxlanılıb - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Bakıda kriminal aləmin nümayəndələrinə qarşı əməliyyatı hansı obyektdə keçirdiyi məlum olub.
Anewss.az "report"a istinadla xəbər verir ki, əməliyyat Xətai rayonundakı "Qarabağ" restoranında keçirilib.
Restoran rəhbərliyinin karantin qaydalarını pozduğuna görə cərimələnəcəyi gözlənilir.
---------------
Bakıda gecə saatlarında restoranların birində kriminal aləmin nümayəndələrinin toplantısı keçirilib.
Anews.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin (Bandotdel) əməkdaşları həmin toplantıya basqın edib. Əməliyyat nəticəsində 100-ə yaxın şəxs saxlanılıb. Hazırda əməliyyat tədbirləri davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























