Polis bu rayonda da geniş əməliyyat keçirdi

Salyan polisi rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Anews.az-a bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olumuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Abbas Quliyev saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman 9 qrama yaxın narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Abbas Quliyev ifadəsində narkotik vasitələri Sübhan adlı şəxsdən aldığını bildirib. Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının əməliyyat tədbirlərinin davamı olaraq keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan rayonun Qaraşala kənd sakini Sübhan Ağarzayev də saxlanılıb. Onun üzərinə baxış zamanı 1 büküm narkotik vasiotə heroin və 11 qaram psixotrop maddə olan metamfetamin aşkar edilib.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxil olmuş məlumat əsasında keçirilən tədbir nəticəsində rayonun Xalac kəndi sakini Mənsum Əzimov tutulub. Onun yaşadığı evin yardımçı otağına baxış zamanı 4 kiloqramdan artıq narkotik vasitə qurudulmuş marixuana aşkar olunub. Mənsum Əzimov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























