• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”ın “Full” paketlərindən istifadə edənlərin sayı 58% artıb

“Nar”ın “Full” paketlərindən istifadə edənlərin sayı 58% artıb
18.08.2020 16:44
Abunəçilərinin tələblərini hər zaman nəzərə alan "Nar”ın internet və ölkədaxili dəqiqələri sərfəli qiymətlərlə birləşdirdiyi "Full” paketlərindən istifadə edənlərin sayı artıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 6 ayı ərzində "Full” istifadəçilərinin sayı 58% yüksəlib. "Full” paketləri abunəçilərə Azərbaycan mobil rabitə bazarında yalnız "Nar” abunəçilərinin yararlana bildiyi bonuslar təqdim edir. Belə ki, "Full” paketlərinə qoşulan abunəçilərin ay ərzində istifadə etmədikləri bonusları yanmır, növbəti aya keçir. "Çevir” xidməti isə "Full” istifadəçilərinə dəqiqələri meqabaytlara və ya əksinə, meqabaytları dəqiqələrə dəyişmək imkanı verir.
 
Qeyd edək ki, abunəçilərin istəklərindən asılı olaraq 6 müxtəlif  "Full” paketi var. "Full” paketlərinə qoşulmaq və ətraflı məlumat əldə etmək üçün https://www.nar.az/full/ səhifəsinə və "Nar+” tətbiqinə daxil ola bilərsiniz. 
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 
 
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol