Müəllimlər bu gün bu fənn üzrə imtahan verir

Bu gün müəllimlərin işə qəbulu müsabiqəsində Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat fənləri üzrə imtahanları keçirilir.
Təhsil Nazirliyindən Anews.az-a verilən məlumata görə, imtahanlarda 2795 namizədin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, müəllimlərin işə qəbulu imtahanları təxminən 18 gün davam edəcək. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























