• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbəhazırlıq qruplarına Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başladı

Məktəbəhazırlıq qruplarına Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başladı
19.08.2020 11:53
Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi ilə əlaqədar Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi formada təşkil olunub.

Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur.

Elektron qeydiyyatdan keçə bilməyən valideynlər "Whatsapp” nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupuna təqdim edə bilərlər.

İşçi qrupu tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstəriləcək. Bütün digər hallarla bağlı isə valideynlər şəxsi kabinetlərindəki "Əlaqə" bölməsinə yazaraq müraciət edə bilərlər.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə avqustun 18-dən start verilib.

Valideynlər (qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə övladının və özünün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilərlər. Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesinə isə avqust ayının 20-dən başlanılacaq.

Onu da qeyd edək ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına yalnız 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol