Bakıda mənzillər ucuzlaşdı

Ötən ay ərzində Bakıda mənzillərin qiymətində ucuzlaşma qeydə alınıb.
N.İbrahimov vurğulayıb ki, mənzillərin qiymətinin ucuzlaşması mövsümi xarakter daşıyır.
www.anews.az
Yenisabah.az-ın məlumatına görə, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyul ayı ərzində Bakıda təkrar mənzil bazarında qiymətlərdə ümumilikdə 2.22 faiz azalma olub.
Onun sözlərinə görə, bahalı mənzillərdə qiymətlər stabil qalıb, orta qiymətə olan mənzillərdə 1.1 faiz artım olub, ucuz qiymətə olan mənzillərdə isə 2.18 faiz azalma qeydə alınıb.
Ekspert vurğulayıb ki, ilkin mənzil bazarında isə ümumilikdə 2.7 faiz azalma müşahidə olub. Onun sözlərinə görə, bahalı mənzillərin qiymətində 0.95 faiz, orta qiymətə olan mənzillərdə 4.45 faiz, ucuz mənzillərin qiymətində isə 8.12 faiz azalma baş verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























