• $
  • €
  • ₽
  • ₺
  • £

“Adə, Ələsgər!!!” siqnalına görə cəza - 150 manat

“Adə, Ələsgər!!!” siqnalına görə cəza - 150 manat
03.07.2014 16:25
Paytaxt küçələrində müxtəlif siqnal səsləri eşidilir. Onsuz da səs-küylü Bakıda “avtoşlar”ın canavar ulartısı, at kişnəməsi və s. siqnalları əsəbləri lap tarıma çəkir. Bəzən melodiyalı, yaxud hansısa kinofilmdən “oğurlanmış” siqnallar da qulaq pərdələrini az qala deşir.
“1968-ci ildə Vyanada qəbul edilmiş beynəlxalq konvensiyada qeyd edilir ki, yollarda hərəkət edən bütün nəqliyyat vasitələrinin səs siqnalları olmalıdır”. 
Bunu Modern.az saytına açıqlamasında yol hərəkatı üzrə ekspert  Ərşad Hüseynov deyib. Siqnalların avtomobillərin  texniki təchizatının ayrılmaz hissəsi olduğunu vurğulayan Ə. Hüseynov onlardan düzgün istifadənin vacibliyini qeyd edib. 
“Nəqliyyat haqqında qanunda da deyilir ki, siqnallardan yalnız 2 halda – yol qəzalarının qarşını almaq və yaşayış məntəqələrindən kənarda sürücülərə onları keçmək istədiyinizi bildirəndə istifadə etmək olar. Bu zaman siz həm işıq, həm də səs siqnalından istifadə edə bilərsiniz.  Yaşayış məntəqələrində - şəhər və kəndlərdə siqnallardan istifadə etmək qanunsuz sayılır. Ümumiyyətlə, yol hərəkatını kobud şəkildə pozan yoxdursa, siqnal çalınmamalıdır. Siqnallardan qanunsuz istifadəyə görə 30 manat cərimə nəzərdə tutulur”.
Ekspertin sözlərinə görə  BMT-nin nəzdində fəaliyyət göstərən Avropa İqtisadi Komissiyasının avtomobillərlə bağlı hazırladığı standartlarda səs siqnalı standartı əksini tapıb. Bu standartlarda 3 meyarın əsas götürüldüyünü deyən Ə. Hüseynov Azərbaycanda bu təcrübənin tətbiq edildiyini qeyd edib.
Qeyd edək ki, siqnal növlərinə görə mexaniki (velosiped ) və elektron olur. Elektron siqnalların 2 parametri var - səsin tipi və gücü.
Ekspert deyir ki, siqnallar monofoniq (bir səsli)  olmalıdır. “Çoxavazlı səsdən  yalnız xüsusi xidmət orqanlarının avtomobilləri - xüsusi mühafizə orqanlarının, FHN-nin, təcili tibbi avtomobillər istifadə edə bilərlər. Digər sürücülər eyni səsli  siqnaldan istifadə etməlidirlər. Qanunla qadağan olunmuş siqnallardan istifadə  üçün 150 manat cərimə nəzərdə tutulur və siqnallar müsadirə olunur.
Həmçinin yol hərəkatı və Nəqliyyat haqqında qanuna görə siqnal 2 saniyədən artıq davam etməməlidir”.
ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol