• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell” mobil tətbiqləri artıq “Kabinetim”də!

“Azercell” mobil tətbiqləri artıq “Kabinetim”də!
19.08.2020 17:39
İndi mobil operatorun rəqəmsal xidmətlərinə qoşulmaq daha da rahat oldu.

Müasir telekom bazarında unikal olan "Azercell”in "Kabinetim” mobil tətbiqi abunəçilərin rahatlığı üçün daha geniş imkanlar yaradır. İndi artıq bu tətbiqin istifadəçiləri vahid mənbə olaraq "Kabinetim” vasitəsilə "Azercell” tətbiqlərinə abunəlik əldə edəcək, həmçinin cari statusu asanlıqla izləyib idarə edə biləcəklər.
 
Belə ki, "Kabinetim” tətbiqinin son yenilənmiş versiyasında "iVi Mobil Cinema” və "BluTV” tətbiqlərinə anında qoşulma imkanı yaradılıb. Bunun üçün sadəcə "Tətbiqlər” bölməsinə daxil olub, abunə olmaq istədiyin tətbiqi seçmək lazımdır.  Xatırladaq ki, iVi tətbiqi minlərlə film və serialı eyni anda beş cihazdan izləməyə imkan verir. "BluTV”yə abunəlik isə eksklüziv olaraq türk film və seriallarına maneəsiz baxmağa şərait yaradır.

Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən "Kabinetim” tətbiqi abunəçilərə nömrəyə tam nəzarət etmək, balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, bir çox xidmətləri aktiv və deaktiv etmək imkanı verir. "Kabinetim” çərçivəsində onlayn çat vasitəsilə müştəri xidmətlərinə birbaşa müraciət etmək mümkündür. Nömrə ilə bağlı əksər əməliyyatların şəxsən abunəçi tərəfindən yerinə yetirilməsi vaxta qənaət etməklə yanaşı, abunəçinin işini asanlaşdırır, onun nömrənin vəziyyəti haqqında daim məlumatlı olmasını təmin edir. Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional "Kabinetim” tətbiqini "App Store”, "PlayStore” və ya "Huawei AppGallery”dən ödənişsiz olaraq yükləmək mümkündür. 

Gələcəkdə Kabinetim” üzərindən digər tətbiqlər - xarici diləri öyrənmək üçün "Busuu”, "Bookmate” onlayn kitabxanasına, 200-dən çox kanala abunəlik verən NNTV, 40 milyona yaxın mahnı bazası olan "Zvuk” və digər tətbiqlərə qoşulmaq imkanı yaradılacaq. 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol