• $
  • €
  • ₽
  • ₺
  • £

“Qanuni oğru”ları niyə eyni gündə öldürdülər? - Müəmma

“Qanuni oğru”ları niyə eyni gündə öldürdülər? - Müəmma
20.08.2020 10:06
Azərbaycanlı "qanuni oğru" Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib.

Anews.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu, son 7 il ərzində Türkiyədə sui-qəsd nəticəsində qətlə yetirilən üçüncü azərbaycanlı "qanuni oğru"dur.

Belə ki, bundan 7 il öncə kriminal aləmdə "Qoca Yasamalski" kimi tanınan Əlibala Həmidov Türkiyədə qətlə yetirilib. İddialara görə, "Qoca"nı öldürməyi Lənkəranski əmr edib. 18 avqust 2013-cü ildə altı nəfər maskalı silahlı şəxs İstanbulun Baxçaşəhər səmtindəki yaşayış binasının ərazisinə daxil olaraq bir neçə atəşlə Həmidovu və onun 29 yaşlı rəfiqəsi, Rusiya vətəndaşı Asiyət Alaşovanı ağır yaralayıb. Həmidov xəstəxanaya aparılarkən yolda ölüb və ölərkən Alaşovaya sadəcə bir kəlmə — Rövşən deyib.

Fotoda Əlibala Həmidov

Həmin hadisədən 3 il sonra, yəni 2016-cı ildə isə məşhur "qanuni oğru", kriminal aləmdə Rövşən Lənkəranski kimi tanınan Rövşən Caniyev İstanbulun Beşiktaş rayonunda uğradığı sui-qəsd nəticəsində öldürülüb.

Əlibala Həmidov Nadir Səlifovun klanına daxil olub. Elə buna görə də iddia olunur ki, Quli Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində oturarkən Həmidovun ölümünə görə Canıyevi aradan götürməyi əmr edib. Burada ən maraqlı məsələ hər üç "qanuni oğru"nun ölüm tarixləridir. Belə ki, Lənkəranski və Qoca Yasamalski 18 avqustda, Nadir Səlifov isə 19 avqustda öldürülüb. Bu isə qisas iddialarını bir qədər gücləndirən məqamdır. Lakin Canıyev öldürülən zaman həbsdə olan Səlifov Lənkəranskinin qətlə yetirilməsində təəssüfləndiyini qeyd edib. Bu barədə "Lotu Quli"nin vəkili Təranə Əliyeva mətbuata açıqlamasında bildirmişdi: "Biz Nadir Səlifovla o barədə söhbət etdik. O, Rövşən Lənkəranskinin ölüm xəbərinə çox pis oldu. Onların arasında elə bir problem yox idi. Bu xəbəri cəzaçəkmə müəssisəsinin işçilərindən öyrənib, təəssüf və təəccüblə qarşılayıb".

Amma buna baxmayaraq, "Lotu Quli"yə qarşı qisas məqsədi ilə sui-qəsd planı hazırlanıb. Belə ki, 2017-ci ilin noyabrnda İstanbulun Bahçelievler bölgəsində yerləşən AVM-də keçirilən əməliiyyat zamanı bir qrup şəxs saxlanılıb. Əməliyyat nəticəsində saxlanılanlar arasında Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev və Lənkəranskinin killeri kimi tanınan "Hacı Beyləqanski" də ( Hacıbaba Talıbxanlı) olub.

Solda Namiq Caniyev, sağda Hacıbaba Talıbxanlı

Həmin vaxt Türkiyə mətbuatının yaydığı məlumata görə, Namiq Canıyev "Lotu Quli”dən qardaşının qisasını almaq üçün mütəşəkkil cinayətkarlıq dəstəsi "Şirinlər”lə  5 milyon dollar qarşılığında anlaşıb. Lakin, qardaş ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları sui-qəsddən xəbər tutaraq onları saxlayıb. Onlar bir müddət sonra məhkəmənin qərarı ilə sərbəst buraxılıblar.

Fotoda Namiq Caniyev

Onu da qeyd edək ki, Nadir Səlifov 2018-ci ilin oktyabrında Türkiyədə saxlanılıb. Həmin vaxt Silivri həbsxanasında saxlanılan Qulinin Rusiyaya ekstradisiyası gözlənilsə də, o, qısa müddət sonra sərbəst buraxılıb. Ölkədən deport edilən Səlifov bu müddət ərzində, Çernoqoriya və BƏƏ-də olub. Onun qeyri-qanuni yolla Türkiyəyə yenidən qayıtdığı bildirilir.

Xatırladaq ki, Nadir Səlifov Moskvada adam oğurluğu və hədə-qorxu ilə insanlardan pul almaqda təqsirli bilinirdi. O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunurdu. Bu ittihamlarla Rusiya "Lotu Quli” barəsində beynəlxalq axtarış elan etmişdi.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol