Xınayaxdı keçirmək istəyən qudalar saxlanıldı

Astara rayon Polis Şöbəsinə rayonun Şahağacı kəndində yaşayan İ.Nuriyevin karantin rejiminin qaydalarını pozaraq gizli şəkildə qızına "xınayaxdı” mərasimi keçirməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Anews.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər və 40 nəfərlik məclisin keçirilməsinin qarşısı alınıb. Həmin şəxslərlə profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.
Məclisdə iştirak edən bir neçə nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. Məclisin təşkilatçısı olan İ.Nuriyev və onun qudası Lənkəran sakini M.Allahverdiyev barəsində toplanmış materiallar baxılması üçün Rayon Məhkəməsinə göndərilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























