• $
  • €
  • ₽
  • ₺
  • £

Axtarışda olan şəxslər Azərbaycana ekstradisiya edildi

Axtarışda olan şəxslər Azərbaycana ekstradisiya edildi
20.08.2020 12:24
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının tələblərinə əsasən Qazaxıstan Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmiz və Qazaxıstan ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilmələri barədə qarşılıqlı sorğular edilmişdir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, Əflatun Quliyevin – təkrarən tamah niyyətilə tanışı Elnur Talıbov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək Afət Qasımovaya xeyli miqdarda maddi ziyan vurmaqla özgə əmlakını gizli talamasına; Emin Qaraşovun – özgə əmlakını qəsdən məhv etməsinə və bununla da zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edildiyinə görə qeyd edilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Qazaxıstan Respublikasının Baş Prokurorluğu ilə qarşılıqlı sorğuları təmin edilməklə Əflatun Quliyev Azərbaycan Respublikasına, Emin Qaraşov isə Qazaxıstan Respublikasına ölkəmizin Daxili İşlər Nazirliyinin xüsusi konvoyunun müşayiəti ilə ekstradisiya edilib.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol