Tovuzun Ağdam kəndindəki müharibə veteranlarının evlərinə qaz çəkilir

Bu günlərdə "Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin əməkdaşları iyul ayının əvvəllərində düşmən təxribatı ilə üz-üzə qalan Tovuz rayonunun Ağdam kəndində qaz təsərrüfatının mövcud vəziyyətinin daha da yaxşılaşdırılmasına başlayıb.
Bu barədə Anews.az-a İstehsalat Birliyindən məlumat verilib.
Qeyd edilib ki, "Azəriqaz” İstehsalat Birliyi ölkəmizin düşmənlə təmas xəttindəki rayon və kəndlərində yaşayan insanların kommunal problemlərinin həllinə həssaslıqla yanaşır. İstər dövlət proqramları çərçivəsində, istərsə də Birliyin tədbirlər planına daxil olan təmir-tikinti prosesləri zamanı belə ərazilərdə yaşayan vətəndaşların müraciətləri daha çox diqqətdə saxlanılır.
Belə ki, Ağdam kəndində müharibə veteranlarının fərdi evlərinin qazlaşdırılması icra edilir. Müraciət olunan 7 fərdi yaşayış evinin qaz təchizatı həyata keçirilir. Bunun üçün uzunluğu 1 500 metrə yaxın diametri 57 mm olan borularla əsas küçə xətləri çəkilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























