• $
  • €
  • ₽
  • ₺
  • £

Leyla Əliyevadan 700 nəfərlik iftar süfrəsi – FOTOLAR

Leyla Əliyevadan 700 nəfərlik iftar süfrəsi – FOTOLAR
03.07.2014 14:30

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından Moskvada dindarlar üçün iftar süfrəsi açılmış və Azərbaycan Respublikası Günü təşkil edilib.ANN.Az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, artıq beşinci dəfədir ki, Leyla Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Rusiya Müftilər Şurası tərəfindən Moskva hökumətinin dəstəyi ilə təşkil edilən nadir “Ramazan çadırı” xeyriyyəçilik və mədəni-maarif layihəsində fəal iştirak edir.Gecəyə Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan və oruc tutan insanlar toplaşmışdılar.Əvvəlcə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev tədbir iştirakçılarına səfir Polad Bülbüloğlunun təbriklərini və ən xoş arzularını çatdırmışdır. Sonra Rusiya Müftilər Şurası sədrinin müavini, Moskva müftisi İldar Əlautdinov müqəddəs Ramazan ayının əhəmiyyəti və oruc tutmağın savabı barədə söhbət açaraq qeyd etmişdir ki, Ramazan ayı bizə bir-birimiz üçün açıq olmağı və bir-birimizə hörmət etməyi öyrədir.İ.Əlautdinov Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə “Ramazan çadırı” layihəsində iştirakına görə təşəkkürünü bildirərək vurğulamışdır ki, Azərbaycan diasporu Rusiyanın bir sıra başqa milli diasporları üçün örnəkdir.Tədbir iştirakçılarına “Baku Magazine TV” kanalı tərəfindən dünya şöhrətli fotoqraf Reza Deqqatinin iştirakı ilə çəkilmiş film-müsahibə nümayiş etdirilmişdir.R.Deqqati “Baku” jurnalına verdiyi müsahibədə Azərbaycana səfərləri haqda, ölkəmizdə bütün dünya dinlərinin nümayəndələrinin sülh və həmrəylik şəraitində yaşaması barədə söhbət açır. Filmə baxışdan sonra müqəddəs Qurandan surələr və iftar duası oxunmuşdur. Müsəlmanlar oruclarını açaraq Azərbaycan milli təamlarını dadmışlar. İftar süfrəsi oruc tutan 700 nəfər üçün açılmışdır.Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşı Ayan Həsənova AzərTAc-a bildirmişdir ki, Azərbaycan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dalbadal beşinci ildir bu layihədə fəal iştirak edir. O demişdir: "Ənənəyə görə, müqəddəs Ramazan ayında bir gün Leyla xanım Əliyevanın adından dindarlar üçün iftar süfrəsi açılır. Bu gün dindarlar Azərbaycan mətbəxinin təamlarını dadmış, milli musiqiyə qulaq asmışlar. “Baku” qrupunun ifasında canlı musiqi səslənmişdir. İftara gələnlər çadırın qarşısında açılmış “Azərbaycan” sərgisi ilə də tanış olmuşlar. Sərgidə Azərbaycan fotoqraflarının işləri - Bakının gözəl mənzərələrinin, ölkəmizin görməli yerlərinin və dini abidələrinin təsvirləri, habelə Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilmiş çap məhsulları nümayiş etdirilirdi. Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycan haqqında videoçarx xüsusi marağa səbəb olmuşdur".İftar süfrəsində iştirak edən müxtəlif millətlərin nümayəndələri dindarlara göstərilən diqqətə və qədim dini ənənələrə hörmətə görə Leyla Əliyevaya təşəkkür etmişlər.Azərbaycan Respublikası Günündə Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Rusiya Müftilər Şurasının və Moskva hökumətinin nümayəndələri, habelə müxtəlif millətlərin və dinlərin təmsilçiləri iştirak edib.ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol