DSMF-nin Gədəbəy rayon şöbəsində döyülən jurnalistin məhkəməsi aparılır

Anews.az-ın bölgə müxbiri Zaur Qənbərovun işi ilə bağlı məhkəmə iclası baş tutub. Gədəbəy rayon məhkəməsində Maarif Kazımovun sədrliyi ilə 6 avqust 2020-ci il tarixində hazırllq iclası keçirilib. Tərəflərin anketi ilə tanış olunub. Növbəti məhkəmə iclası 13 avqust 2020-ci il tarixinə təyin edilsə də, jurnalistin vəkilini dəyişmək barədə verdiyi vəsadətə görə, məhkəmə iclası 20 avqust 2020-ci il tarixinə təxirə salınmışdı.
Jurnalisti məhkəmədə vəkil Babayev Rəşad Nizami oğlu müdafiə edib.
Məhkəmədə şahid qismində DSMF Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev və işçiləri Mahmud Məmmədov, Nəsimi Əliyev, İlqar İbrahimov dindirilib.
2 saat davam edən məhkəmə prosesində vəkil Rəşad Babayev bütün şahidlərin bir iclasda dindirilməsi çətin və yorucu olduğunu əsas gətirərək vəsatət verib.
Qeyd edək ki, 4 may 2020-ci il tarixində Anews.az-ın bölgə müxbiri Zaur Qənbərov vətəndaş şikayətini araşdırmaq üçün DSMF-nin Gədəbəy rayon şöbəsində öz vəzifəsini yerinə yetirərkən şöbə müdiri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov tərəfindən döyülüb və hadisəni çəkdiyi üçün telefonu sındırılıb. Elə həmin gün Polisə müraciət etməsinə baxmayaraq Gədəbəy rayon prokurorluğunda jurnalistin özünə qarşı Cinayət Məcəlləsinin 221.3 maddəsilə ilə cinayət işi başladılıb. Gədəbəy rayon Polis şöbəsində polis polkovnik-leynitnantı İbrahim Hüseynovun rəhbərliyi ilə istintaq davam etdirilib. İstintaq prosesində jurnalist tərəfindən verilən vəsatətlər təmin edilməyib. Verilən əsaslı sübutlar, video, səs yazıları və fotofaktlar qəbul edilməyib, qəbul edilənlər isə sonra iş materialından müəmmalı şəkildə yoxa çıxıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























