Ramiz Mehdiyevin nəvəsinin toyunda deyilən SİYASİ "TOST"

Avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.
Görüntülər geniş ictimai rezonans doğurub. Əvvəla, COVID-19 pandemiyası səbəbilə elan edilən karantin rejiminin tələbləri bu cür mərasimlərin təşkilini yasaqlayır. Bu səbəbdən də çox sayda rəsmi şəxsin də qatıldığı tədbir narazılığa səbəb olub. Üstəlik, kadrlardan aydın görünür ki, mərasimdə maskadan istifadə edilməsi, sosial məsafənin gözlənilməsi kimi qaydalar da pozulub.
Lakin toyla bağlı daha diqqətçəkən məqam mərasimə qatılan qonaqların təbrik çıxışlarıdır. Daha doğrusu, çıxışların siyasi tonudur.
Yayılan videogörüntülərin birində Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə söylədiyi "tost"da maraqlı fikirlər səsləndirib: "Ramiz müəllim, biz sizin xidmətlərinizi çox böyük qiymətləndiririk. Çox böyük! Nəinki biz... Biz kimik ki? Xırda adamlarıq. Xalqımız çox böyük qiymətləndirir. Bu uğurlarımızın həyata keçirilməsində taktiki addımlara siz rəhbərlik etmisiniz".

Məhərrəmovun dediklərindən belə başa düşmək olar ki, sözügedən toy sadəcə evlilik mərasimi olmayıb. Eyni zamanda R.Mehdiyevə yönəlik siyasi mesajların verildiyi, onun haqqında yüksək fikirlərin səsləndiyi toplantıya çevrilib. Keçmiş rektorun Prezident Administrasiyasının sabiq rəhbəri barədə "tost"u bunu təsdiqləyir. Məhərrəmovun özünü və mərasimdəki digər rəsmi şəxsləri "xırda adamlar" adlandıraraq Mehdiyev barədə xalqın adından fikirlərini bəlağətli səsləndirməsi, ən əsası isə onu Azərbaycanın inkişaf siyasətinin "taktik rəhbəri" elan etməsi maraq doğurur. Bununla bərabər, fərqli siyasi mülahizələrə yol açır, suallar yaradır...
Unikal.org
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























