Gürcüstanın azərbaycanlılar yaşayan kəndləri doludan ziyan görüb

Ötən gün axşam saatlarında Gürcüstanın Dmanisi rayonuna düşən dolu ciddi problemlər yaradıb.
Anews.az xəbər verir ki, təbii fəlakət nəticəsində azərbaycanlıların yaşadığı Yaqublu və Məmişlər ilə yanaşı daha beş kəndə də ziyan dəyib.
İntensiv yağıntılar yerli fermerlərə ciddi zərər vurub, meyvə bağları və əkin sahələrini yararsız hala salıb. Dmanisi meriyası təbii fəlakətin vurduğu zərərin həcmini hesablamağa başlayıb.
Dolu Saqareco bələdiyyəsinin bir neçə kəndində də fəsadlara səbəb olub. Elektrik xətləri zədələndiyindən abunəçilərin bir hissəsi işıqsız qalıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























