• $
  • €
  • ₽
  • ₺
  • £

SON DƏQİQƏ!- Ramiz Mehdiyevin kürəkəni hakim qarşısına çıxarılır- YENİLƏNİR

SON DƏQİQƏ!- Ramiz Mehdiyevin kürəkəni hakim qarşısına çıxarılır- YENİLƏNİR
22.08.2020 11:56
 Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilir.

Anews.az xəbər verir ki, işə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılır.

Adıçəkilən şəxslər İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirləndirilirlər.

Bu xətaya görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
******
Abşeron rayonunda karantin qaydalarını pozaraq övladına toy etmiş sabiq deputat İlhаm Əliyev hakim qarşısına çıxarılır.

Anews.az-ın "Report”-a istinadən verdiyi xəbərə görə, Abşeron rayon Məhkəməsində onun və toy məclisində iştirak etmiş daha bir neçə nəfərin cərimələnəcəyi gözlənilir.

Onların İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) cərimələnəcəyi ehtimal edilir. Həmin madə ilə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
 

İ.Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.

Qeyd edilib ki, həmin toy mərasimi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə video yayılıb. Görüntülərdə hazırda vəzifə tutan və sabiq məmurların toy mərasimində iştirak etdiyi görünür.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol