• $
  • €
  • ₽
  • ₺
  • £

Alimlərin maaşları artacaq Xoş xəbər

Alimlərin maaşları artacaq Xoş xəbər
03.07.2014 11:54
Artımın iki dəfə olacağı və yaxın 5 ildə reallaşacağı gözlənilir
“Son illər prezidentin sərəncamı ilə elmə ayrılan vəsait dəfələrlə artırılıb.
Buna baxmayaraq, inflyasiya ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının maliyyələşdirilməsi sabit qalır, hətta aşağı düşür”. APA-nın xəbərinə görə, bu, “AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası”nda öz əksini tapıb.
Konsepsiyada qeyd olunub ki, maliyyələşdirmədə qeyri-mütənasibliyin aradan qaldırılması, fundamental elm üçün dövlət büdcəsindən ayrılan xərclərin həm mütləq, həm də nisbi artırılması yaxın illərdə akademiyanın əsas vəzifələrindən biri olmalıdır. Maliyyələşdirmənin yaxın 5 ildə respublikanın ÜDM-in 1%-i səviyyəsinə çatdırılması məqsədəuyğundur: “Paradoksal olsa da, bu gün akademiyada orta əməkhaqqı səviyyəsi ölkə üzrə əmək haqqının orta səviyyəsindən də aşağıdır. Beynəlxalq təcrübəyə əsasən, alimlərin əməkhaqqı orta səviyyədən artıq olmalıdır. Bunsuz elmi işin nüfuzunu artırmaq, istedadlı gəncləri elmə cəlb etmək mümkün deyil. Alimlərin əməkhaqlarının iki dəfə artırılması yaxın 5 ildə akademiyanın əsas vəzifələrindən biri olacaq və bu işin sürətlə həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin səmərəliliyin yüksək göstəricisinə malik olan alimlər qrupuna dərəcəyə görə müavinətlərin artırılması zəruridir. Dövlət qulluqçuları üçün müəyyən edilmiş hüquqların alimlərə şamil edilməsi, onların müasir tibbi xidmət və layiqli təqaüdlə təmin edilməsi vacibdir. Ən çətin şərtlərlə akademiyanı və onun ənənələrini, elmi sadiqliyini, yüksək peşəkar və mənəvi prinsiplərin müdafiəsində barışmazlığını qoruyub saxlayan yaşlı nəslin nümayəndələri olan alimlər layiqli həyat və iş şəraiti ilə təmin olunmalıdır”.
Sənəddə daha sonra bildirilir ki, büdcə siyasəti elmin tələbatının indiki şəraitdə mümkün dərəcədə təmin olunmasına yönəlməlidir. Bu məqsədlə 2020-ci ilə kimi elmi-texniki sferanın dövlət maliyyələşdirilməsi dövlət büdcəsinin məxaric hissəsinin ən azı 4 faizini təşkil etməlidir. Maliyyə vəsaitlərinin sabit ayrılması və plan üzrə təyinatların yerinə yetirilməsi təmin olunmalı, büdcənin AMEA-ya aid məxaric hissəsi inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılmalıdır.
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol