• $
  • €
  • ₽
  • ₺
  • £

Hacı Şahindən Aşura günü ilə bağlı AÇIQLAMA

Hacı Şahindən Aşura günü ilə bağlı AÇIQLAMA
24.08.2020 15:57
Aşura günü xütbələr onlayn oxunacaq. Hər kəsin bu il Qafqaz Müsəlmanlar İdarəsinin çağırışlarına əməl etməsi arzuolunandır.

Anews.az oxu.az-a istinadla xəbər verir ki, bu sözləri Məşədi Dadaş Məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

O bildirib ki, insanlarımız bu il səbrli olmalı və sağlamlıqlarını riskə atacaq davranışlara yol verməməlidirlər:

"Bununla bağlı dəfələrlə ictimaiyyətə səslənmişik. Bu gün bir çox ölkələrdə kütləvi tədbirlərin keçirilməsi qadağandır. Buna səbəb pandemiyadır və kütləvi tədbirlər zamanı yoluxma riski daha çox olur. Aşura günü hər il Azərbaycanda insanlar kütləvi şəkildə məscidlərə axışır. Bu bütün dövrlərdə belə olub. Məscidləri ziyarət edib, dualar oxumaq gözəldir, lakin pandemiya dövründə buna yol vermək olmaz.

Azərbaycanda yoluxma riski hələ də var, karantin rejimi davam edir. İnsanlar öz sağlamlıqlarını qorumaq üçün qaydalara riayət etməlidirlər. Hər il məscidlərdə qan verən şəxslər bu dəfə Qan Bankına müraciət etsinlər. Ehsan süfrəsi açanlar isə bunu ərzaq yardımı kimi ehtiyacı olan ailələrə verə bilərlər”.
Hacı Şahin Aşura mərasimlərinin kütləvi izdihamla müşayiət olunduğunu, belə vəziyyətdə karantin qaydalarına riayət edilməsinin mümkünsüzlüyünü vurğulayıb.

"Məscidlərdə elə bir şəraiti yoxdur ki, insan selini sosial məsafəyə riayət etməyə çağırsın. Bu istiqamətdə hər hansı istisna hal mümkün deyil. Odur ki, insanlar bu il Aşura gününü öz evlərində keçirməli və ailələri ilə birlikdə dualar oxumalıdırlar. Din xadimləri sosial şəbəkələrdən insanların mənəvi ehtiyaclarını qarşılamaq üçün onlayn xütbələr oxuyurlar. Allah "Quran”-da da buyurub ki, insanlar bilə-bilə özlərini təhlükəyə atmamalıdırlar. Bu il Qurban Bayramında da, Ramazan ayında da vəziyyət bu cür olub.

Demək olar ki, Həcc və Kərbala ziyarətləri təxirə salınıb. Bu gün Kərbalaya başqa şəhərlərdən olan zəvvarlar üçün giriş bağlıdır. Belə şəraitdə insanlar bütün çətinlikləri nəzərə almalıdırlar. Ümid edirik ki, tezliklə bu xəstəlik insanlıqdan uzaqlaşacaq və həyatımız öz axarına düşəcək”- deyə Hacı Şahin qeyd edib.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol