Karantin qaydalaırını pozan molla həbs edildi

Azərbaycanda ilahiyyatçı karantin rejimini pozub.
Anews.az-ın əldə etdiyi məlumata görə, din xadimi Hacı Tahir (Tahir İbişov) Saatlı rayonunda Məhərrəm ayı ilə əlaqədar olaraq evində təziyə mərasimi keçirmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və məhkəmənin qərarı ilə 25 sutkalıq həbs olunub.
Qeyd edək ki, Məhərrəm ayı avqustun 21-də başlayıb. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























