Baqajda postu keçmək istəyənlər yaxalandı

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) karantini pozmaq istəyən sürücü ilə bağlı məlumat yayıb.
BDYPİ-dən Anews.az-a bildirilib ki, 24.08.2020-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhər sakini Məmmədalıyev Əbdürrəhman Tofiq oğlu idarə etdiyi "Renault” markalı, 10-JF-296 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qapalı yük yerində Cəlilabad rayon sakinləri Məlikov Ramil Akif oğlu, İbrahimov Barat Zərbala oğlu və Lerik rayon sakini Həmidov Rövşən Müseyib oğlunu Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən xüsusi karantin postundan paytaxt istiqamətinə keçirmək istəyərkən DİN Baş DYP İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























