• $
  • €
  • ₽
  • ₺
  • £

FHN dövlət büdcəsi ilə tikdiyi evin qiymətini açıqlamır

FHN dövlət büdcəsi ilə tikdiyi evin qiymətini açıqlamır
25.08.2020 11:53
Zaqatala rayonunun Çobankol kəndində 2012-ci ildə baş verən zəlzələ zamanı dağılan evlərdən birinin yerində tikilən ev 7 il sonra yanaraq məhv olub. 

Anews.az "qafqazinfo"ya istinadla xəbər verir ki, həmin evin sahibi zəlzədən sonra rəsmi şəxslərin onun evinə gələrək yoxlama apardıqlarını bildirir: "Sübut olundu ki, ev qəzalı vəziyyətdədir və bu haqda rəy verildi. Daha sonra dövlət büdcəsindən ayrılan vəsaitlə Fövqəladə Hallar Nazirliyi bizim üçün ev tikdi. Ev də icbari qaydada sığortalandı. 2019-cu il iyulun 27-də evim yanaraq kül oldu. Amma sığorta şirkəti evin dəyərindən çox az pul təklif edir”. 

E.Atayev qeyd edib ki, sığorta şirkətinə evin dəyəri ilə bağlı sənədləri təqdim etmək üçün Fövqəladə Hallar Nazirliyinə müraciət etsə də, bu günədək cavab ala bilməyib.
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov rəsmi məktubla E.Atayevə cavab verərək bildirib ki, Zaqatala rayonunda zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin tikintisi Fövqəladə Hallar Nazirliyi tərəfindən aparıldığından istənilən məlumatları almaq üçün bu quruma müraciət etmək tövsiyə olunur.

E.Atayev qeyd edir ki, Fövqəladə Hallar Nazirliyi bu barədə məlumatın məxfi olduğunu bildirir: "Sorğuların əksəriyyəti cavabsız qalıb, amma bir dəfə cavab yazıblar. Onda da yazıblar ki, evin qiyməti daxili istifadə üçün nəzərdə tutulub, açıqlana bilməz: "Burada hansı məxfilikdən söhbət gedə bilər? Dövlət büdcəsindən ayrılan pulun xərclənməsi şəffaf olmalıdır. Birincisi, dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsindən söhbət gedir. İkincisi də, öz evimə adi olan məlumatı mənə vermirlər. Yəqin sənədlərdə xərclənən vəsaitin məbləği şişirdilib, daha çox göstərilib. Bu üzdən rəqəmləri açıqlamaq istəmirlər”.

FHN-nin mətbuat katibi Gülçin Mehdiyeva "Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin məlumatlar daxili istifadə üçün nəzərdə tutulduğundan açıqlanmır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol