Mədəniyyət Nazirliyində iki şöbə müdiri təyin olunub

Mədəniyyət Nazirliyinin Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Anews.az APA-ya istinadla xəbər verir ki, bu barədə Mədəniyyət Nazirlyindən məlumat verilib. Bildirilib ki, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İlkin Nəsibovun bu vəzifəyə təyin olunması barədə əmr imzalayıb.
Anar Kərimovun müvafiq əmri ilə Muzey işi və mədəni sərvətlərə nəzarət şöbənin müdiri vəzifəsinin səlahiyyətlərinin icrası Nərgiz Abdullayevaya həvalə edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























