• $
  • €
  • ₽
  • ₺
  • £

Metro terrorundan 20 il ötür

Metro terrorundan 20 il ötür
03.07.2014 09:01
1994-cü il iyulun 3-də erməni terrorizmi Azərbaycana qarşı növbəti cinayətini həyata keçirib. Bakı metrosunun "28 May" və "Gənclik" stansiyaları arasında qatarda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər yaralanıb. Terror aktını törədməktə şübhəli bilinən Azərbaycan vətəndaşı Azər Aslanov Moskva şəhərində həbs olunub və Azərbaycana ekstradisiya edilib. 1998-ci ildə A.Aslanov öz ifadələrində bildirib ki o, Bakı metropolitenində teror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanova ömürlük həbs cəzası verilib.İstintaq nəticəsində müəyyən edilib ki, 1994 cü il yanvarın 13-də Qarabağda erməni əsirliyinə düşmüş Azər Aslanov Ermənistanda olarkən erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilib. Belə ki, onu azad etmək bahanəsi ilə 16 iyun 1994-cü ildə anası Tədjibat Aslanova ermənilər tərəfindən İrəvana dəvət olunur, Azər Aslanova isə anasının qirov olduğunu və onun azad olunması üçün Aslanovun Bakı metropolitenində partlayış təşkil etməli olduğu bildirilir. Bundan sonra 3 iyul 1994 cü ildə, İrəvan-Mineralniye Vodi- Bakı marşrutu ilə A.Aslanov erməni xüsusi xidmət orqanlarının hazırladıqları saxta sənədlərlə Azərbaycana qəlir, terror aktını törədir və Ermənistana qayıdır, yalnız bundan sonra onun qirovluqda saxlanan anası azad edilir və onlar Ermənistanı tərk edirlər. Terror aktının təlimatçıları, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları, polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olublar. A.Aslanovun ifadələri əsasında, məhkəmənin göstərişi ilə Zori Balayana qarşı cinayət işi açılıb, 1999-cu ildə Azərbaycanın Baş Prokurorluğunun təqdimatı əsasında Z.Balayan İnterpolun xətti ilə beynəlxalq axtarışa, sonra isə, MDB dövlətlərində beynəlxalq axtarışa verilib. 2001-ci ildə erməni tərəfinin müraciəti əsasında İnterpol Z.Balayanı axtarışda olan şəxslər siyahısından çıxarıb.Xatırlaaq ki, bundan bir qədər öncə (19 mart 1994) Bakı metrosunun "20 Yanvar" stansiyasında baş verən partlayış nəticəsində 14 nəfər həlak olmuşdu.//Anspress
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol